reklam
Nəbiyev 100-cü matçına çıxdı -
Sportfm.az xəbər saytı

Nəbiyev 100-cü matçına çıxdı -YUBİLEY


Misli Premyer Liqasının 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/17 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. Nəbiyev “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol) və “Qəbələ”də 1 matça çıxıb.

Qeyd edək ki, Fərid ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın futbolçusu 300-cü oyuna çıxdı
"Sabah"ın futbolçusu Premyer Liqada 250-ci oyununu keçirdi
200-cü matçına çıxdı - Tellur Mütəllimov
150-ci oyun, 30-cu qol - Misli Premyer Liqası
Kapitan üçün 250-ci matç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər