Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Güləşçimiz Avropa çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü həlledici görüşə çıxıb.
Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbəylə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.
Elmin Əliyevin (82 kq) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Oxşar xəbərlər
Nurullayev Avropa çempionatının finalında
Elnurə Məmmədova Avropa çempionu oldu
Güləşçilərimiz beynəlxalq turnirin son günündə 5 medal qazandı
Güləşçimizdən AÇ-də bürünc medal
Nurullayev Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin