Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Xankəndi”dən 21-ci əsrin rekordu
Azərbaycanın 2-ci Liqasının 6-cı turunda “Araz Saatlı”nı 14:0 hesabı ilə məğlub edən “Xankəndi” “Şəfa”nın 22 il əvvəl imza atdığı 21-ci əsrin rekordunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, 1-ci Liqa, 2-ci Liqa, Əvəzedicilər liqası, ölkə kuboku və superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.
“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (2-ci Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.
Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994 mövsümündə 1-ci dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.
14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998 mövsümündə HHQ İK, 2003/2004 mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub.

Oxşar xəbərlər
Azərbaycanda yeni rekord
Son 8 mövsümün rekordu təkrarlandı
Bu oğlan Azərbaycan çempionatında mövsümün rekorduna imza atdı - FOTO
“Sumqayıt” öz rekordunu təkrarladı
Son 7 mövsümün rekordu qeydə alındı - Azərbaycan futbolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası