Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Portuqaliyalı Azərbaycanın pulu ilə şirkət aldı
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş vətəni Portuqaliyada təhsil və elmi yönümlü oyuncaq istehsalı üzrə şirkətə sərmayə qoyub.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssisə və onun həyat yoldaşı Gilyermina Santuşa məxsus "Femacosa" şirkəti artıq "Science4You"nun ana şirkəti olan "Didáctialegria"nın səhm paketinə yiyələnib.
"Science4You" Lisabon Regional Təchizat Bazarında (MARL) yerləşən fabrikdə təhsil və elmi yönümlü oyuncaqlar hazırlayır, istehsal edir və satır.
Qeyd edək ki, Fernandu Santuş Azərbaycan millisində 2024-cü il iyunun 12-dən 2025-ci il sentyabrın 8-dək baş məşqçi kimi çalışıb. Onunla müqaviləyə sentyabrın 5-də xitam verilib. Oktyabrın 11-də AFFA-nın baş katibi Cahangir Fərəcullayev Santuşa təzminatın tam ödənildiyini açıqlayıb. Bu məbləğin 1 milyon 800 min avro (3 milyon 700 min manat) olduğu bildirilir.

Oxşar xəbərlər
AFFA Santuşa təzminat ödədi
Santuşa mükafat verildi - Yunanıstanda
Fernandu Santuşa forma hədiyyə edildi
Millimizin baş məşqçisi Qəbələyə yollandı - FOTO
Fernandu Santuş Azərbaycan millisində - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası