reklam
Fernandu Santuş Azərbaycan millisində -
Sportfm.az xəbər saytı

Fernandu Santuş Azərbaycan millisində -RƏSMİ


AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.
Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Santuş məşqçilik karyerası ərzində “Portu”, “Benfika”, “Beşiktaş” kimi klublarda, Yunanıstan, Portuqaliya, Polşa milli komandalarında çalışıb.

Oxşar xəbərlər

Millimizin baş məşqçisi Qəbələyə yollandı - FOTO
Rövşən Nəcəf Santuşla görüşdü - FOTO
Santuşla 3+1 illik müqavilə bağlanılıb
Santuş rəsmən "Beşiktaş"da
"Beşiktaş"ın yeni baş məşqçisi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər