reklam
Güləşçilərimizin maaşları ilə bağlı yenilik var
Sportfm.az xəbər saytı

Güləşçilərimizin maaşları ilə bağlı yenilik var


Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinə son 14 ay ərzində maaşların verilmədiyi barədə xəbər vermişdik. 

Sportfm.az saytı dsport.az-a istinadən xəbər verir ki, güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.

Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.  

Oxşar xəbərlər

Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Vitse-prezident: "İlin sonuna qədər güləşçilərin bütün borcları bağlanacaq"
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Güləşçilər Bakı İdman Sarayına yığışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər