Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Bu gün 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.
Sportfm.az saytı xəbər verir ki, yoldaşlıq matçı saat 18:30-da Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutub. Dostluq şəraitində keçən oyunda güləş yığmamızın üzvləri və məşqçiləri jurnalistlər yığmasına 6:3 hesabı ilə qalib gəlib. Oyun başa çatdıqdan sonra jurnalistlər üçün ziyafət verilib. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.
Oxşar xəbərlər
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
Sərbəst güləşçilərimiz Dağıstanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası