reklam
Azərbaycan yığmaları Yunanıstanla bərabərə qaldı
Sportfm.az xəbər saytı

Azərbaycan yığmaları Yunanıstanla bərabərə qaldı


Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət yığma Yunanıstanla heç-heçə edib.

Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Hesabında 7 xalı olan Azərbaycan millisi 5-7-ci yerləri bölüşür.

Qadınlardan ibarət yığma da bu turda Yunanıstanla qarşılaşıb. Görüş bərabərliklə yekunlaşıb – 2:2. Hazırda 6 xalı olan komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.

Bu gün Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Hər iki komanda püşkə əsasən Ermənistan şahmatçıları ilə münasibətləri aydınlaşdıracaq.

Oxşar xəbərlər

"Traktor" ən yaxın izləyicisi ilə bərabərə qaldı
"Traktor" ən yaxın izləyicisi ilə bərabərə qaldı
Avropa çempionatında növbəti qələbə
Azərbaycan yığması Ermənistanla qarşılaşacaq
Olimpiadanın ikinci turunun nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər