reklam
Yığmamızda yeni baş məşqçi -
Sportfm.az xəbər saytı

Yığmamızda yeni baş məşqçi -TƏYİNAT


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə təyinat olub.
Sportfm.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumatda bildirilib ki, U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.

Xatırladaq ki, R.Eyyubov bunadək əsas milli komandada məşqçi olub.

Oxşar xəbərlər

Milli komandamızda yeni məşqçi - Təyinat
Yığmamızın baş məşqçi postuna əsas namizəd bilindi
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
Almaniyada baş məşqçi postuna əsas namizədlər
“Neftçi”də yeni məşqçilər - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər