Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Azarkeşlərdən UEFA-ya qarşı etiraz
UEFA Avropa Liqasının 2-ci turunda keçirilən “Seltik” – “Braqa” (0:2) qarşılaşması zamanı Şotlandiya təmsilçisinin azarkeşləri siyasi xarakterli aksiya ilə yadda qalıblar.
Sportfm.az xəbər verir ki, “Seltik”in azarkeş qrupu olan “Green Brigade” İsrailin siyasətinə və UEFA-nın ona münasibətinə qarşı etiraz aksiyası keçirib.
Azarkeşlər “Seltik Park” stadionunda bir neçə pankart açaraq, onları birləşdirib, bu cümləni nümayiş etdiriblər:
“UEFA İsrailin hərəkətlərini normallaşdıraraq, soyqırımda iştirak edir. Onları dərhal qovun!”
UEFA-nın bu aksiya səbəbilə klubla bağlı intizam tədbiri görəcəyi gözlənilir.
“Seltik” azarkeşləri illərdir Avropa oyunlarında Fələstinə dəstək nümayiş etdirmələri ilə tanınırlar. Məsələn, UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə “Bayern”lə ev oyununda stadionda “İsrailə qırmızı vərəqə göstərin”, Münhendə baş tutan oyunda isə “Sionizmə qırmızı vərəqə göstərin” yazılmış pankartlar açılmışdı.
Daha əvvəl UEFA ABŞ prezidenti Donald Trampın sülh planı fonunda İsrailin yarışlardan uzaqlaşdırılması ilə bağlı səsverməni təxirə salmışdı.

Oxşar xəbərlər
UEFA İsrailə sanksiya tətbiq edəcək
İsrailin matçı təxirə salındı
Qrup mərhələsinin III turuna start verilir - Avropa Liqası
UEFA iki məşhur klubu cərimələdi
Türkiyə liqasında Qüdsə belə dəstək oldular - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin