reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" azarkeşlərə müraciət etdi


"Qarabağ" azarkeşlərə müraciət edib.

Sportfm.az xəbər verir ki, müraciətdə bildirilib:

"Oktyabrın 1-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq".

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyunu yerli vaxtla saat 20:45-də başlanacaq.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ" azarkeşlərə müraciət etdi - Biletlərlə bağlı
Avropa klubu azərbaycanlı azarkeşlərə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər