reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" azarkeşlərə müraciət etdi


UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” cavab matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, bu barədə "Qarabağ"ın azarkeşlərə etdiyi müraciətdə bildirilib.

iticket.az saytı vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 31 manatdır. Azarkeşlər martın 14-də “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl onlar üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlidir.

Azarkeşlərin bilet alarkən istifadə etdikləri vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.

Xatırladaq ki, "Bayer" - "Qarabağ" matçı martın 14-dən 15-nə keçən gecə - Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" azarkeşlərə müraciət etdi - Biletlərlə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər