reklam
Zaur Axundov nəyə ümid bəsləyir?
Sportfm.az xəbər saytı

Zaur Axundov nəyə ümid bəsləyir?


"İnter”PİK-in Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsmi saytına açıqlama verib.
 
Sportfm.az saytı həmin açıqlamanı sizlərə təqdim edir.
"Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq "İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina etmişdir. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürmüş və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin etmişdir. Klubun adının "İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxmışdır. Bununla əlaqədar olaraq klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq "Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranmışdır. Bunun üçün hüquqi prosedurlar başlanmış və proses yaxın müddət ərzində başa çatacaqdır. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. 

Hüquqi prosedurlar başa çatana qədər klub "Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq "Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.

Oxşar xəbərlər

"Keşlə" Bakıdan köçür - Premyer Liqada rayon klubu
"Keşlə" rəhbərliyi "İnter"i niyə "yaşadır"? - QEYD
"İnter Arena"da "Keşlə"nin loqoları - EKSKLÜZİV, FOTO
Beynəlxalq Bank "İnter"ə sponsorluğu dayandırdı
“İnter” rəhbərliyində dəyişiklik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər