reklam
Sportfm.az xəbər saytı

"Keşlə" rəhbərliyi "İnter"i niyə "yaşadır"? -QEYD


2017-ci il 28 oktyabrdan etibarən "İnter" klubunun adı dəyişdirilərək rəsmən "Keşlə" oldu. Hazırda isə 2018-ci ilin yanvar ayıdır. Yəni komandanın adının dəyişdirilməsindən 3 aya yaxın vaxt keçib.

Sportfm.az saytı xəbər verir ki, buna baxmayaraq "Keşlə"nin 17 yaşlılardan ibarət komandası iştirak etdiyi U-17 Liqasında "İnter" formaları ilə mübarizə aparır. Hər halda klubun adını dəyişərək azarkeş sayının artacağına ümid edən və "Keşlə" adından brend kimi istifadə olunacağını açıqlayan rəhbərlik bu müddət ərzində "İnter"in formalarını yenisi ilə əvəz edə bilərdi, yaxud başqa yaş qruplarında etdikləri kimi köhnə loqonun üzərinə yenisini vurmaq olardı. Əvəzində bəzi formalarda klubun sabiq sponsoru Beynəlxalq Bankın adının üstündən yeni himayədar "Samaya" şirkətinin adı həkk olunub. Məsələyə qayıdacağıq...

Oxşar xəbərlər

"İnter Arena"nın adı dəyişdirildi - FOTO
Adı "Keşlə", forması "İnter" - FOTO
"İnter Arena"da "Keşlə"nin loqoları - EKSKLÜZİV, FOTO
"Keşlə" "Qarabağ"la evdə oynayacaq - ÖZƏL
Zaur Axundov nəyə ümid bəsləyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər