reklam
Sportfm.az xəbər saytı

"İmişli"yə texniki məğlubiyyət verildi -Qərar


AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Buna səbəb Misli Premyer Liqasında 4-cü turunda "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 min manat cərimələnib.

Görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3 min manat cərimə edilib.

Xatırladaq ki, sözügedən oyunda "İmişli" 1:0 hesabı ilə qalib gəlmişdi.

Texniki məğlubiyyətə görə 3 xalı silinən "İmişli" turnir cədvəlində 5-ci pillədən 8-ci yerə enib. "Sumqayıt" isə əlavə olunan 3 xala görə 4-cü pillədən liderliyə yüksəlib.

Oxşar xəbərlər

AFFA-dan “İmişli”nin legionerinə ağər cəza
AFFA hakimlər otağına daxil olan məşqçini cəzlandırdı - Qərar
AFFA “İmişli”yə xəbərdarlıq etdi
I Liqa klubuna texniki məğlubiyyət verildi - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər