reklam
Azərbaycan Kubokunun püşkü atıldı
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunun püşkü atıldı


Futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, əvvəlcə Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev "Qarabağ"ı təmsil etdiyi qurum adından Çempionlar Liqasındakı ilk qələbə münasibətilə təbrik edib.

Onun sözlərinə görə, ardıcıl üçüncü mövsüm 34 komandanın iştirak edəcəyi yarışda ilk mərhələdə II Liqa kollektiv çıxış edəcək.

PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov klubların ötən mövsümkü reytinqlərinə əsasən 4 səbətə bölündüyünü bildirib. O, 1/4 final mərhələsindən sonra komandaların ev və səfər prinsipi əsasında mübarizə aparacaqlarını söyləyib. Abbasov II təsnifat mərhələsində ev sahibi klubun stadionu standartlara uyğun gəlməyəcəyi halda yerinin dəyişdiriləcəyini diqqətə çatdırıb.

Daha sonra xüsusi qonaq - şahmat üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Aydın Süleymanlı püşkü çəkmək üçün dəvət olunub.

Püşkün nəticələri belə olub:

I təsnifat mərhələsi
3. "Göygöl" - 4. "Şəmkir"
8. Şəki" - 9. "Araz Saatlı"
10. "Qaradağ Lökbatan" - 11. "Ağdaş"
32. "Dinamo" - 31. "Kür-Araz"
27. "Ağstafa Gəncləri" - 26. "Şirvan"
25. "Quba" - 24. "Xankəndi"

II təsnifat mərhələsi
"Səbail" - "Şamaxı"
"Göygöl" / "Şəmkir" cütünün qalibi - "Baku Sportinq"
"Karvan-Yevlax"- "Şəki" / "Araz Saatlı" cütünün qalibi
"Qaradağ Lökbaatan" / "Ağdaş" cütünün qalibi - "İmişli"
"Qəbələ" - "Mingəçevir"
"Cəbrayıl" - "Şəfa"
"Şimal" - "Şahdağ Qusar"
"Dinamo" / "Kür-Araz" cütünün qalibi - "Turan Tovuz"
"Kəpəz" - "Ağstafa Gəncləri" / "Şirvan" cütünün qalibi
"Quba" / "Xankəndi" cütünün qalibi - "Difai"
"Zaqatala" - "Sumqayıt"
"Neftçi" - MOİK

Oxşar xəbərlər

"Xankəndi" və "Şəki Siti" səfərdə qalib gəldi - İkinci Liqa
" Şimal”, “Ağdaş” və “Şəmkir” mərhələ adladı - Azərbaycan Kuboku
Bu gün 4 oyun keçiriləcək - Azərbaycan Kuboku
Azərbaycan kubokunda 2023/2024 mövsümünün püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər