reklam
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Sportfm.az xəbər saytı

Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb


Bu gün futbol üzrə Azərbaycan Kubokunda püşkatma mərasimi keçirilib. Sportfm.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub. Püşkatma Premyer Liqadan 8, I Diviziondan 10 klubun iştirakı ilə həyata keçirilib.

Təsnifat mərhələsi

1. "Turan Tovuz" - "Bakılı" 
2. "Şəmkir" - "Qaradağ Lökbatan"

1/8 final

3. "Zirə" - "Turan Tovuz"/"Bakılı" 
4. "Neftçi" - "Şərurspor" 
5. "Qarabağ" - "Səbail" 
6. "Sumqayıt" - MOİK 
7. "İnter" - "Şəmkir"/"Qaradağ Lökbatan" 
8. "Kəpəz" - "Şahdağ" 
9."Qəbələ" - "Zaqatala" 
10. AZAL - "Rəvan"

1/4 final

11. 3 cütünün qalibi - 4 cütütün qalibi 
12. 5 cütünün qalibi - 6 cütünün qalibi 
13. 7 cütünün qalibi - 8 cütünün qalibi 
14. 9 cütünün qalibi - 10 cütünün qalibi

Yarımfinal

11 cütünün qalibi - 12 cütünün qalibi 
13 cütünün qalibi - 14 cütünün qalibi

FİNAL

Püşkatmada Premyer Liqa klublarından, "Qarabağ”, "Zirə”, "Qəbələ”, "İnter”, "Kəpəz”, "Neftçi”, AZAL, "Sumqayıt”, I Diviziondan isə "Rəvan”, "Qaradağ Lökbatan”, MOİK, "Şəmkir”, "Zaqatala”, "Turan Tovuz”, "Bakılı”, "Şahdağ”, "Şərurspor”, "Səbail” iştirak edib.
Püşkə əsasən, mübarizəyə ilkin təsnifat mərhələsindən start veriləcək. Qalib komandaları 1/8 finala yüksələcəklər. Yarış 1/4 finaladək bir oyunluq sistemlə keçiriləcək. Final matçı da bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, ilkin təsnifat mərhələsinin oyunları oktyabrın 12-də, 1/8 final görüşləri 2-3 dekabrda, 1/4 final matçları 11, 13 dekabr və 20-21 dekabrda, yarımfinal qarşılaşmaları 30 mart və 5 apreldə, final isə 5 mayda olacaq.

Oxşar xəbərlər

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
1/4 final cütlükləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün 4 oyun keçiriləcək - Azərbaycan Kuboku
Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər