reklam
“Komandamız turnirdə pis çıxış etmədi” -
Sportfm.az xəbər saytı

“Komandamız turnirdə pis çıxış etmədi” -İlham Yadullayev


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışla bağlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan 50 yaşlı mütəxəssis ilk olaraq üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə keçirilən görüşü dəyərləndirib: “Özbəkistan millisi ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib: “Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.

Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 milli üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.

Oxşar xəbərlər

Gənc futbolçularımız uduzdu və yer tuta bilmədi
Millimiz 3-cü yer uğrunda oyuna çıxır - İnkişaf Kuboku
"Yeni heyət qururuq" - Qalib gələn məşqçimiz
"Əzmkar oyun göstərdik" - İlham Yadullayev
"Bu görüşü yaddan çıxarmalıyıq" - İlham Yadullayev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər