reklam
Sportfm.az xəbər saytı

"İmişli" İmişliyə səfər etdi -FOTO


“İmişli” Peşəkar Futbol Klubunun rəhbərliyi və komanda heyəti İmişli rayonuna səfər edib.

Sportfm.az xəbər verir ki, nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin İmişlidəki büstünü ziyarət edərək abidə önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Ardınca klub rəsmiləri İmişli Rayon İcra Hakimiyyətində olub və icra başçısı Elçin Rzayevlə görüş keçirilib. Görüşdə “İmişli” PFK-nın prezidenti Kamran Eyyubov, eləcə də klubun məşqçi və futbolçu heyəti, həmçinin İmişli rayonunu təmsil edən millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev iştirak ediblər.
Səfər çərçivəsində klub nümayəndələri Şəhidlər xiyabanını da ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Oxşar xəbərlər

“İmişli” futbolçuları azarkeşlərlə görüşəcək
"İmişli" ilk turda səfərdə oynamalı olacaq
Olimpiya çempionlarımız Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
Əsgər Abdullayev "İmişli"dən ayrıldı
“Neftçi” şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər