Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi -VİDEO
“Neftçi”nin rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sportfm.az xəbər verir ki, kollektiv İkinci Fəxri Xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.
Ardından “Neftçi” azarkeşlərindən şəhid olan mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyevlə Cahid Şükürlü ziyarət edilib.
Şəhidlərin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” daim onların yanında olacaq, klub tərəfindən hər cür dəstək göstəriləcək.
Oxşar xəbərlər
“Kəpəz”in kollektivi Türkiyənin Baş Konsulluğunu ziyarət etdi - FOTO
Şəhidlərin xatirəsinə həsr edilən veloyürüş keçirildi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
"Kəpəz" şəhidləri unutmadı! - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası