Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Olimpiya çempionlarımız Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər -FOTO
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərovla Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sportfm.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, çempionlar çıxışlarında beynəlxalq arenalarda qaldırdıqları Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və qazilərin sayəsində qüdrətli olduğunu bildirib.
Medalçılar Ulu Öndəri və şəhidləri ziyarət edib ruhları qarşısında baş əyməyi özlərinə borc bilib.
Hidayət və Zelim Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Oxşar xəbərlər
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
“Qarabağ qaziləri” Türkiyədə yoldaşlıq görüşü keçirdi
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
"Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
"Kəpəz" şəhidləri unutmadı! - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Sumqayıt" - "Zirə" oyununun biletləri satışda