reklam
Qırğızıstana gedəcək güləşçilərimiz bilindi
Sportfm.az xəbər saytı

Qırğızıstana gedəcək güləşçilərimiz bilindi


Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək.

Sportfm.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.

Yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaş arası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.
Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.

Sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.

Oxşar xəbərlər

U-20 Dünya Çempionatında iştirak edəcək millimizin heyəti məlum oldu
Avropa çempionatında iştirak edəcək güləşçilərimiz
Qazaxıstanda Universiada keçiriləcək
Dünya çempionatında bu heyətlə iştirak edəcəyik - Adlar
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər