Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Baş məşqçi onun qayıtmasını istəyir
Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku bir müddət öncə yığma karyerasını bitirdiyini açıqlayan Arda Turan barədə danışıb.
Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında "Barselona”nın üzvünün geri dönməsini istədiyini deyib:
"Ardanın qayıtmasını istəyirəm. Yaxşı, yüksək səviyyəli oyunçudu. Bizə çox köməyi dəyər”.
Xatırladaq ki, bir müddət öncə millini daşıyan təyyarədə jurnalistə hücum edən Arda, federasiya rəhbərliyi tərəfindən yığmadan müvəqqəti olaraq kənarlaşdırılmışdı. Bundan sonra mətbuat konfransı təşkil edən yarımmüdafiəçi, milli karyerasını başa vurduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Ançelottidən Arda Güler açıqlaması
Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqladı
Türkiyə yığmasının baş məşqçisinin adına aydınlıq gəldi
Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək
Arda haqda sensasiyalı iddia
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası