Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə yığmasının baş məşqçisinin adına aydınlıq gəldi
Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli futbol komandasının baş məşqçisi təyin edib.
Sportfm.az xəbər verir ki, Luçesku ilə üç (2+1) illiyə müqavilə imzalanmasını dair razılıq əldə olunub. Müqavilənin rəsmi imzalanma mərasimi avqustun 4-də keçiriləcək.
Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku bundan əvvəl Türkiyənin Qalatasaray ve Beşiktaş klublarının baş məşqçisi olmuş və hər iki komandanı çempionluq zirvəsinə yüksəltmişdi.
Xatırladaq ki, Türkiyə milli futbol komandasının sabiq baş məşqçisi Fatih Terim bir həftə əvvəl vəzifəsindən istefa verib. O, milli komandaya 2013-cü ildən rəhbərlik edirdi.
Oxşar xəbərlər
Terimlə Luçesku arasında gərginlik
Fatih Terim Yunanıstan klubunda - RƏSMİ
Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqladı
Baş məşqçi onun qayıtmasını istəyir
"İmperator" getdi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası