Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Arda haqda sensasiyalı iddia
"Barselona"nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır. Sportfm.az xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb. Ardanın belə bir qərar verməsinə millinin baş məşqçisi Fatih Terimin növbəti dəfə onu (Ukrayna və İslandiya ilə oyunlar üçün) komandaya dəvət etməməsi səbəb olub. "Yaxın ətrafı Ardanı bu fikrindən daşındırmağa çalışsa da, o, qərarında qətidir. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı gözlənilir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, F.Terimlə Arda Turan arasında münaqişə "Avro-2016"da mükafat məsələsinə görə yaranıb. Bundan sonra "Barselona"lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terimin Ardaya xitabən "Türk xalqından üzr istəmələri lazımdır" fikrinə Arda qatıldığı bir televiziya verilişində: "Mən üzr istəniləcək bir şey etməmişəm", - cavabını verib.
Oxşar xəbərlər
Arda Turan barədə həbs qərarı verildi - İspaniyada
Arda Turan yuvaya döndü - Terimin köməkçisi olacaq
Arda Turan keçmiş nazirin təklifini geri çevirdi
Fatih Terimdən sürpriz
Türkiyə yığmasının kapitanı "Barselona"nın əvəzedici heyətində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası