Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kopenhagen"dən 10 qol buraxan qapıçı: ""Qarabağ"ın işi çətin olacaq"
"Kopenhagen" çox güclüdü, "Qarabağ"ın işi çətin olacaq.
Sportfm.az saytı xəbər verir ki, bu sözləri apasport.az saytına "Qarabağ"ın sabiq qapıçısı Cəmaləddin Əliyev deyib.
Son Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı "Kopenhagen"lə artıq bir dəfə üz-üzə gəlib. Belə ki, 1998-99 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində danimarkalılar təmsilçimizin qapısından iki görüşdə 10 top keçiriblər - 6:0, 4:0.
Həmin vaxt Ağdam klubunun qapısını qorumuş Cəmaləddin Əliyev rəqibin əsas silahının "ikinci mərtəbə" olduğunu bildirib: "Bizim vaxtımızda komandamızda legioner futbolçu yox idi, bütünlüklə yerlilərlə oynayırdıq. Həmin vaxt böyük hesablı məğlubiyyətlərin əsas səbəblərindən biri də bu idi. Danimarka klubunun oyun üslubu bizim üçün arzulounmaz idi. Düzdü, indi hansı stildə oynadıqlarını bilmirəm. Amma bizimlə qarşılaşmalarda əsasən cinah asmalarına və standart vəziyyətlərə üstünlük verirdilər. Qapımıza qolları da bu yolla vururdular".
Sabiq qolkiper hesab edir ki, "Kopenhagen" indi "Qarabağ"ın qapısından çox top keçirə bilməz: "İnanmıram ki, "Kopenhagen" bu dəfə "Qarabağ"a çox qol vura bilsin. Çünki "Qarabağ" da çox güclü komandadı, öz dəst-xətti var. Fikrimcə, şanslar yarı-yarıyadı. "Kopenhagen"in indiki durumu haqda heç bir məlumatım olmasa da, "Qarabağ"ın bu mərhələni keçəcək gücdə olduğunu düşünürəm".
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi
"Qarabağ" qalib gəldi
"Tofiq Bəhramov"da "Goal line" quraşdırılır - Futbol tariximizdə ilk dəfə
"Kopenhagen"in futbolçusu:"Hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq"
"Kopenhagen"ə qarşı oynamış "Qarabağ"ın futbolçusu:"Biz bunları etmədik və cəzalandırıldıq" - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası