"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi
Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı.
Sportfm.az saytı qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib.
Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.
"Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik" - deyə klub rəsmisi bildirib.
Xatırladaq ki, ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" bu komanda ilə avqustun 23-də səfərdə qarşılaşacaq.
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində
UEFA "Kopenhagen"in etirazına cavab verib
"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?
"Kopenhagen"dən 10 qol buraxan qapıçı: ""Qarabağ"ın işi çətin olacaq"
"Kopenhagen"ə qarşı oynamış "Qarabağ"ın futbolçusu:"Biz bunları etmədik və cəzalandırıldıq" - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası