reklam
Azərbaycan klubları bu gün cavab oyununa çıxır -
Sportfm.az xəbər saytı

Azərbaycan klubları bu gün cavab oyununa çıxır -Konfrans Liqası


Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sportrfm.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” cavab matçına çıxacaq.
Paytaxt təmsilçisi Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Oyunun baş hakimi ukraynalı Mikola Balakin olacaq.

“Sabah” səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

Elmar Baxşıyevin komandası isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan “Araz-Naxçıvan”ı səfərdə də çətin oyun gözləyir.

Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

14 avqust

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

20:00. Sabah – Levski (Bolqarıstan)
İlk oyun – 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. “Bank Respublika Arena”

21:00.Omoniya (Kipr) – Araz-Naxçıvan
İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu

Oxşar xəbərlər

"Araz-Naxçıvan" növbəti qələbə arzusunda - Yenilənir
“Araz-Naxçıvan” üçün əla pley-off şansı - Konfrans Liqası
"Omoniya" ilə matçların hakimləri bəllidi - Təyinat
“Araz-Naxçıvan”dan əzmkar qələbə - Konfrans Liqası
"Qəbələ" "Omoniya"ya mübarizəni dayandırdı - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər