reklam
“Araz-Naxçıvan”ın matçının vaxtı dəyişdirildi
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”ın matçının vaxtı dəyişdirildi


“Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Sportfm.az xəbər verir ki, müraciətdə bildirilir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda geriyə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq. Bu səbəbdən, “Araz-Naxçıvan” “Zirə” ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20:00-da “Zirə”nin stadionunda start götürməsinə qərar verib.

Oxşar xəbərlər

“Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı bilindi
"Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirildi
"Zirə" PFL-ə müraciət etdi - Oyunun təxirə salınması üçün
"Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirildi
“Qarabağ” – “Araz-Naxçıvan” matçının vaxtı bilindi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər