reklam
Sportfm.az xəbər saytı

"Səfərdə qələbə qazanmaq çox vacib idi" -Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, çalışdırıcı mətbuat konfransında səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:

“Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. “Şkendiya” barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının 2-ci təsnifat mərəhləsində Rumıniya təmsilçisinə qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var”.

“Şkendiya” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq

Oxşar xəbərlər

"Qarabağ" Bakıya qələbə ilə dönür - Çempionlar Liqası
"90 dəqiqə diqqətli olmalıyıq" - Qurban Qurbanov
“Qarabağ” növbəti mərhələdə - Çempionlar Liqası
"Qarabağ" "Şelburn"a qalib gəldi - Çempionlar Liqası
Qurban Qurbanov:"Gözlədiymiz oyun oldu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər