reklam
Rumıniya klubu
Sportfm.az xəbər saytı

Rumıniya klubu "Qarabağ"la oyundan əvvəl cərimələndi -Avropa Liqası


UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən Rumıniyanın FKSB klubunu 22000 avro cərimələyib.

Sportfm.az xəbər verit ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi "Olimpiakos"la matçda (0:0) yaşananlara görə ziyana düşüb. FKSB "komandanın düzgün olmayan davranışı"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, "ictimai keçidlərin bağlanması" ucbatından 12000 avro ödəyəcək.

Qeyd edək ki, Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq
UEFA "Qarabağ"ı cərimələdi
"Qarabağ" və "Qalatasaray"a rəqib oldu, cərimələndi
UEFA-dan “Qarabağ”a görünməmiş cəza
UEFA “Qarabağ”ı cərimə etdi - 45750 avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər