reklam
Sportfm.az xəbər saytı

"Braqa"nın oyunundakı azərbaycanlı -FOTO


Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk oyuna təyinat alıb.

Sportfm.az xəbər verir ki, Məsiyev qarşılaşmanın baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt, Fərid Hacıyev dördüncü hakim qismində yardım edəcək.

İspaniyalı Sezar Soto Qrado VAR hakimi, Alexandro Munyis Ruis isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.

Avqustun 7-də "ÇFR Kluj" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Oxşar xəbərlər

Elçin Məsiyev İngiltərinin oyununda
Elçin Məsiyev Millətlər Liqasının oyununda
Elçin Məsiyevə növbəti təyinat
Elçin Məsiyev Konfrans Liqasının oyununda - Növbəti təyinat
Elçin Məsiyev Konfrans Liqasının oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər