reklam
Elnur Məmmədli federasiyadan getdi
Sportfm.az xəbər saytı

Elnur Məmmədli federasiyadan getdi


Tanınmış idman teleşərhçisi Elnur Məmmədli AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Sportfm.az xəbər verir ki, bu gündən onu bu vəzifədə jurnalist Murad Axundov əvəz edib.

E.Məmmədli özü də AFFA-da ayrıldığını təsdiq edib. O, sosial şəbəkə paylaşımında yazıb:

“Düz iki il əvvəl, bu gün – AFFA-nın qarışıq dövründə Mətbuat Xidmətinin rəhbəri olmağa razılıq verərkən, hansı riskə getdiyimi yaxşı bilirdim. Lakin düşünürdüm ki, addım-addım AFFA ilə mətbuat arasında o qədər də yaxşı olmayan münasibətləri yoluna qoymaq olar.

Bir tərəfdən də anlayırdım ki, bunun üçün reputasiyamdan, nüfuzumdan xərcləməli olacağam. Ancaq həmin dövrdə hər şeyin dəyişəcəyinə, yaxşı olacağına bir inam var idi... Bu, elə bir dövr idi ki, Premyer Liqada idman prinsiplərinə əməl olunmağa başlanmışdı, II Liqa yaradılmışdı, hətta kuluarlarda milli komandanın baş məşqçisinin yerli ola biləcəyi ilə bağlı söhbətlər dolaşırdı. Həqiqətən də həmin vaxt əksər insanlarda bir inam yaranmışdı...

Əgər az da olsa, AFFA ilə mətbuat arasında münasibətlərin yaxşılaşmasında bir payım oldusa, türklər demişkən - nə mutlu mənə. Bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Məncə, ən kritik dönəmlərdə belə bir-birimizi başa düşdük. Əsas odur ki, bundan sonra da bir-birimizin üzünə dik baxa biləcəyik. Həyat davam edir. Şübhəsiz ki, hər şey daha yaxşı olacaq. Yenidən görüşəcəyik”.

Oxşar xəbərlər

Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib
Heç kim AFFA prezidenti olmaq istəmir!
AFFA-nın Superkubok matçından xəbəri yoxdur
AFFA-da yeni təyinat
AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər