reklam
Sportfm.az xəbər saytı

"Məni döyəcəklərini düşünmüşdüm, onlar isə top gətirdilər" -Ronaldinyo


Futbol üzrə Braziliya yığmasının sabiq ulduzu Ronaldinyo maraqlı etiraf edib.

Sportfm.az xəbər verir ki, Ronaldinyo həbs olunduğu dönəmlə bağlı bunları deyib: "Məni döyəcəklərini və həbsxanada dəhşətli şeylər edəcəklərini düşünmüşdüm. Amma bunun əvəzinə, mühafizəçiləri çağırıb futbol topu gətirmələrini istədilər ki, bir neçə fənd göstərib onları əyləndirim.
Sabahısı günü beş nəfərlik bir oyun keçirmək üçün çölə çıxarıldıq. Mühafizəçilər və həbsxana işçiləri kameralarla oyunu izləməyə gəldilər. Hər kəs möhtəşəm bir gün keçirdi. Orada keçirdiyim vaxtın yaxşı keçdiyini rahatlıqla deyə bilərəm".

Qeyd edək ki, Ronaldinyo və qardaşı 2019-cu ildə Paraqvayda həbs edilib. Onlar ölkəyə saxta pasportla daxil olmaq istərkən polis tərəfindən saxlanılmışdı.

Oxşar xəbərlər

“Birinci işim anamı qucaqlamaq olacaq” - Ronaldinyo
Ronaldinyo azadlığa buraxıldı
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo yenidən polis məntəqəsində - FOTO
Ronaldinyo sərbəst buraxıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər