reklam
Rəsul Çunayev mətbəxə keçdi, yemək bişirdi - VİDEO
Sportfm.az xəbər saytı

Rəsul Çunayev mətbəxə keçdi, yemək bişirdi - VİDEO


Rəsul Çunayevə dedim ki, bundan sonra idmanla məşğul olmayacaqsan. O çox kövrəldi. Rəsul zədə almışdı, ona görə onu idmana buraxmaq istəmirdim. Amma sonra oğlumun idmana nə qədər bağlı olduğunu gördüm.
Sportfm.az saytı baku.ws-yə istinadən xəbər verir ki, bu barədə Rəsul Çunayevin atası Həmzət Çunayev Xəzər TV-yə danışıb.

Belə ki, Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişi dünya çempionu Rəsul Çunayevin evində olub və ailəsi ilə reportaj hazırlayıb.

R.Çunayevin uşaqlıq illərindən, idmana olan böyük həvəsindən danışan valideynlər bildiriblər ki, qələbə qazananda da, məğlub olanda da Rəsulun yanındadırlar.
Həmzət Çunayev oğlunun yarışlarını televizordan izlədiyini deyib: "Çünki insan həmin an həyəcanlı olur. Evdə rahat olursan, hərəkət edirsən", - deyə H.Çunayev deyib.

Rəsul Çunayevin anası Elzanə xanım isə deyib ki, oğlunu qanadları altında böyütməməyə çalışıb.

"Rəsul tək oğlumdur. O, çox yaxşı övladdır. Göründüyü kimi insandır. Daxildən nə gəlirsə, onu da edir. Rəsul yumuşaq və sadə xarakterlidir. Rəsul uşaq vaxtlarından Bakıda tək yaşayıb. O, təkbaşına öz qayğısına qalmağı bacarır. Oğlan uşağı anasının qanadının altına sığınmamalıdır. O dünyanı görməlidir", - deyə Elzanə Çunayeva bildirib.

Rəsul Çunayev evdə yemək bişirməyi də bacardığını bildirib. O veriliş zamanı mətbəxə keçərək yeməyin bişirilməsində anasına kömək də edib.

Oxşar xəbərlər

Rəsul Çunayevin üç əsrlik evi - VİDEO
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başladı
Çunayev gələcək karyerası ilə bağlı danışdı
Rəsul Çunayev əməliyyat olundu - FOTO
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər