reklam
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı


Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sportfm.az xəbər verir ki, yunan-roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayevin ilk qarşılaşmasına çıxıb. Avropa Oyunlarının, həmçinin Avropa və dünya çempionatının qızıl medalçısı mübarizəyə 1/16 finaldan start verib. O, ilk rəqibi kubalı Migel Palasio Martinezə qalib gəlib. Çunayev 1/8 finaldakı rəqibi rusiyalı İslambek Albiyevi məğlub edərək 1/4 finala yüksəlib. Güləşçimiz 1/4 finalda Əlcəzair təmsilçisi Tarek Aziz Benaissanı da məğlub edərək yatmfinala çıxıb. Çunayev yarımfinalda erməni Miqran Arutyunyana məğlub olub. Lakin bürünc medal uğrunda görüşdə cənubi koreyalı Hansu Ryu üzərində qələbə qazanaraq Azərbaycana növbəti medalı qazandırıb.

Oxşar xəbərlər

İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Çunayev gələcək karyerası ilə bağlı danışdı
Güləşçimiz ermənini məğlub edib bürünc medal qazandı - VİDEO
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər