reklam
Qurban Qurbanovun mətbuat konfransının vaxtı məlum oldu
Sportfm.az xəbər saytı

Qurban Qurbanovun mətbuat konfransının vaxtı məlum oldu


UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Sportfm.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Coy O’Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:45-də start götürəcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” görüşü saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Farioli və Qurbanov medianın önünə çıxacaq
Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər