reklam
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı -
Sportfm.az xəbər saytı

Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı -Avropa Liqası


UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də, saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

16:30-da isə “Azərsun Arena”da media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmonun saat 18:15-də başlayacaq mətbuat konfransı mərkəzi arenada reallaşacaq. İsveç təmsilçisi bundan yarım saat sonra oyun ərəfəsində axırıncı məşqinə çıxacaq.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Oxşar xəbərlər

Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
Final oyunundan öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bilindi
Qurban Qurbanov mətbuat önünə çıxır
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər