reklam
Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu - VİDEO
Sportfm.az xəbər saytı

Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu - VİDEO


Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. 

Sportfm.az xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 

50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 
50 kq 
FİNAL - Şahin Muxtarov - Karen Zurabyan (ARM) 7:5
1/2 final - Şahin Muxtarov - Aslan Minkailov (RUS) 3:2
1/4 final - Akbar Kenjebek Ulu (KGZ) - Şahin Muxtarov 0:10
1/8 final - Axtar Kieran İmran (CAN) - Şahin Muxtarov 0:12

60 kq 
1/8 final - Əli Rəhimzadə - Ravinder Ravinder (İND) 4:5
1/16 final - Əli Rəhimzadə - Ahmed Hassan Ahmed Mohamed (EGY) 4:1

74 kq 
1/16 final - Radik Valiev (RUS) - İsmayıl Abdullayev 7:1

96 kq 
1/16 final - Nishan Preet Randhava (CAN) - Alimaqomed Alixmayev (güləşçimiz xəstələndiyi üçün görüşə çıxmayıb) 

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 


Oxşar xəbərlər

Daha 3 güləşçimiz Avropa çempionatının finalına çıxdı
Sərbəst güləşçilərimiz 3 medal qazandı
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Güləşçimiz ermənini məğlub edib bürünc medal qazandı - VİDEO
Azərbaycanlı güləşçi ermənini məğlub etdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər