Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ançelotti həbs ediləcək -CƏZA
İspaniyanın “Real” komandasının sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib.
İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır.
“Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət hökmü çıxarır”, – məlumatda deyilir.
Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. “Relevo” portalının məlumatına görə, ittiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real”dakı maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən yox. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib.

Oxşar xəbərlər
Ançelotti məhkəməyə çağırıldı
"Real" Ançelotti ilə müqaviləni uzatdı - RƏSMİ
Ronaldoya iki il həbs cəzası veriləcək
Ronaldo iki il müddətinə azadlıqdan məhrum edildi
Messi haqqında həbs cəzası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası