reklam
Andrade
Sportfm.az xəbər saytı

Andrade "Araz-Naxçıvan"da -RƏSMİ


"Qarabağ"dan ayrılan Patrik Andradenin yeni komandası bəlli olub.

Sportfm.az xəbər verir ki, kabo-verdeli "Araz-Naxçıvan"da oynayacaq. Bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Patrik Andrade ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb.

Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib. O, ötən mövsümü “Qarabağ”ın heyətində keçirib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" yeni transferini açıqladı
Daha 2 futbolçu ilə anlaşdılar
"Araz-Naxçıvan"da braziliyalı futbolçu - Transfer
Baxşıyev 4 futbolçudan imtina etdi - Seçim
"Araz-Naxçıvan"da yeni hücumçu - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər