reklam
FİFA İsrailə güzəşt edə bilər
Sportfm.az xəbər saytı

FİFA İsrailə güzəşt edə bilər


Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin artması səbəbilə FİFA legioner futbolçulara İsrail klublarını kompensasiya ödəmədən tərk etməyə icazə verə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə “The One” nəşri məlumat yayıb.

Artıq bəzi futbolçular təhlükəsizlik səbəbilə ölkəni tərk etməyə başlayıblar. Məsələn, Beer-Şeva təmsilçisi “Hapoel” portuqaliyalı futbolçu Yuri Medeiroşla yollarını ayırıb. O, şəxsi təhlükəsizliyindən narahat olmağa başladığı üçün klubdan ayrılmaq qərarı verib.

Digər bir portuqaliyalı futbolçu – Hayfanın “Hapoel” klubu ilə müqavilə bağlayan Robinyo isə İsrailə ümumiyyətlə getməyib.

Oxşar qərar 2022-ci ildə Ukraynaya hücum edən Rusiyanın Premyer Liqasındakı legionerlər üçün də tətbiq olunmuşdu. Hazırda isə İsrail klublarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması gündəmdə deyil.(komanda.az)

Oxşar xəbərlər

Türkiyə üçün qadağa - Qərar
İsrail Avropa çempionatına ev sahibliyindən məhrum edildi
12 ölkə FİFA-ya müraciət etdi - İsrailin yarışlardan uzaqlaşdırılması üçün
İsrailə hücum zamanı iki basketbolçu həlak oldu - Müharibə
İsrail klubu “Qarabağ”ın futbolçusunu istəyir - Təkidlə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər