reklam
İtaliya millisi Mançiniyə həvalə edildi
Sportfm.az xəbər saytı

İtaliya millisi Mançiniyə həvalə edildi


İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini olacaq.
Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının şurasının iclasında qurumun prezidenti Covanni Malaqo məlumat verib.

Bildirilib ki, yaxın günlərdə Klaudio Ranyerinin də İtaliya Futbol Federasiyasında texniki direktor vəzifəsinə təyinatı rəsmən açıqlanacaq. O, bu postda Paolo Maldinini əvəz edəcək.

İtaliya millisinin baş məşqçi postuna əsas namizəd Andrea Pirlo idi. Ancaq o, ötən gün ilkin razılığın əldə olunmasına baxmayaraq, komandaya rəhbərlik etməyəcəyini açıqlayıb. Buna səbəb kimi Pirlonun Rusiyanın “Fonbet” bukmeker şirkəti ilə əməkdaşlığının təyinat prosesini çətinləşdirməsi göstərilib. Bundan sonra İtaliya Futbol Federasiyasında bir sıra dəyişikliklər baş verib. Belə ki, texniki direktor Paolo Maldini və federasiya prezidentinin müşaviri Leonardo da vəzifələrini tərk ediblər.

Oxşar xəbərlər

İtaliya millisi ona tapşırılacaq
İtaliya millisinin yeni baş məşqçisi bilindi
İtaliya millisinin AÇ-2024 üçün forması – FOTO
Federasiya Pirlo ilə danışıqlara başladı
Ölkə çempionatında yeniliklər olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər