reklam
Hüseynli yarımfinalda -
Sportfm.az xəbər saytı

Hüseynli yarımfinalda -Dünya çempionatı


Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələmişdi.

Yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Oxşar xəbərlər

Güləşçimiz finala yüksəldi - Dünya çempionatı
Güləşçimiz Dünya Çempionatında finalda
Azərbaycan güləşçisi dünya çempionu oldu
Güləşçilərimiz Avropa çempionatında finala yüksəldi
Daha üç güləşçimiz mübarizəyə qoşulur - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər