Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda bir ilk -Xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.
ISMF-nin təqviminə salınan Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Dünya Kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu il martın 9-10-da AQİNF və “Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanan uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

Oxşar xəbərlər
Dünya Kubokunun rəsmi posteri təqdim edildi
Avropa Kuboku Göygöldə keçiriləcək
Hokkey üzrə dünya çempionatı Qazaxıstanda keçiriləcək
Azərbaycanda qeyri-adi yarış - Xizək alpinizmi
Filip Gayet millimizin üzvlərini seçir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası