reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" Premyer Liqanın lideri oldu


Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.

Sportfm.az xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb. “Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir.

Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb:

Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
"Turan Tovuz" Premyer Liqanın lideri oldu

Oxşar xəbərlər

Mövsümün ilk yarısında ən çox azarkeş toplayan oyun - SİYAHI
Mövsümün azarkeş rekordu qeydə alındı
"Turan Tovuz" - "Qarabağ" matçında 6000 azarkeş
İşıq dirəyi aşan Tovuz şəhər stadionundan böyük fərq
Premyer Liqamızda son 5 mövsümün rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər