reklam
Premyer Liqamızda son 5 mövsümün rekordu
Sportfm.az xəbər saytı

Premyer Liqamızda son 5 mövsümün rekordu


Misli Premyer Liqasının 2022/2023 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib.
Sportfm.az xəbər verir ki, baş tutan 180 matçda orta göstərici 1 453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub – 2 007.
Bu rəqəm 2018/19 mövsümündə 1 015, 2019/2020 mövsümündə 1 007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.
Ən çox seyrçi 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10 000. Üç qarşılaşmada 7 000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. “Beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” oyununu (0:2) 5 800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.
Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.

yer komanda tamaşaçı oyun orta
1 Turan Tovuz 63300 18 3517
2 Sabah 41650 18 2314
3 Neftçi 35350 18 1964
4 Şamaxı 23740 18 1319
5 Qarabağ 22543 18 1252
6 Sumqayıt 21376 18 1188
7 Kəpəz 18476 18 1026
8 Səbail 13420 18 746
9 Qəbələ 13159 18 731
10 Zirə 8550 18 475
Cəmi

Oxşar xəbərlər

Mövsümün azarkeş rekordu qeydə alındı
İşıq dirəyi aşan Tovuz şəhər stadionundan böyük fərq
"Turan Tovuz" Premyer Liqanın lideri oldu
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası
Premyer Liqamızda 2023-cü ilin rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər