reklam
Sportfm.az xəbər saytı

"Son iki yoxlama oyunundan razı qaldım" -Fernandu Santuş


"Son iki yoxlama oyunundan razı qaldım".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib:

"Oyuna yaxşı başlamadıq. Bunun nəticəsində qapımızda erkən qol gördük. Bərabərlik qolunu vuracağımıza çox inanırdıq. Təəssüf ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu. Ümumi götürsək, son iki yoxlama oyunundan razı qaldım".

Qeyd edək ki, "Liv Bona Dea Arena"da baş tutan Azərbaycan - Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Futbolçularımda yaxşı motivasiya var" - Fernandu Santuş
Fernandu Santuş mətbuat qarşısına çıxacaq
Fernandu Santuş əvəzedicləri izlədi
"Tez bir zamanda uğursuzluq zolağından çıxacağıq" - Fernandu Santuş
“Biz bunu istəmirdik” - Fernandu Santuş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər