Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
La Liqa təmsilçisi üç il ərzində Azərbaycanda istedad axtaracaq
Nə zaman olacaq, nə zaman çıxacaqlar, bəs bizim uşaqlar niyə xaricdə oynamır, onları nədən heç kim Avropaya aparmır? - Yəqinki, bu sualları hər bir futbolsevər hər gün öz-özünə verir. İndi isə cavab verirəm, çıxacaqlar, gedəcəklər, artıq hər şey istedadlı gənc futbolçularımızın öz əlindədi.
Bu mövsüm futbol üzrə İspaniya La Liqasına yüksələn Valensiya təmsilçisi “Levante” bundan sonra daha 3 il Azərbaycandan istedad axtaracaq. Belə ki, “Atletico Baku” əməkdaşlıq çərçivəsində 2027-ci ilin sonuna qədər İspaniya təmsilçisi ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, “Atletiko Baku” buna qədər olduğu kimi, daha üç ispan klubunun Azərbaycanda maraqlarını rəsmən təmsil edəcək. Valensiya təmsilçisinin ofisində baş tutan görüşdə “Atletiko Baku”nun rəhbəri Hacı Xalid, “Levante” rəsmisi Daniel Pastor və İspaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Gülnarə Xanbabayeva iştirak edib.
Qeyd edək ki, “Levante” artıq Azərbaycanda bir neçə dəfə seçimlər edib. Hazırda bu komandanın futbol akademiyasında bir neçə potensiallı azərbaycanlı gənc oyunçu yer alır. “Levante”nin Azərbaycanda növbəti seçimlərinin 2025-ci ilin noyabr-yanvar aylarında olması gözlənilir.

Oxşar xəbərlər
“Levante” heyətinə azərbaycanlı futbolçu qatacaq
"Levante" qayıtdı - 3 il sonra
Ağdam klubu İspaniya təmsilçisi ilə əməkdaşlıq edəcək - FOTO
"Levante" Azərbaycandan istedadlı uşaqları seçdi - FOTO
İspaniya "Levante"si Bakıya gəlir - İstedadlı uşaqları seçəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası