reklam
“Levante” heyətinə azərbaycanlı futbolçu qatacaq
Sportfm.az xəbər saytı

“Levante” heyətinə azərbaycanlı futbolçu qatacaq


Bir qrup azərbaycanlı yeniyetmə və gənc futbolçu İspaniyaya yollanıb.
Sportfm.az xəbər verir ki, bu ilin fevral ayında Bakıda ispan klubu “Levante” ilə “Atletiko Baku” arasındakı əməkdaşlıq çərçivəsində təşkil edilən seçimlərə qatılan uşaqlar arasından seçilən istedadlı futbolçular Pireney yarımadasına gedib.
Artıq “Levante” futbol klubunun bazasında azərbaycanlı futbolçular məşqə başlayıb. Onlar arasından ən yaxşıları İspaniya klubunun düşərgəsində qalacaq.
Qeyd edək ki, Bakı səfərində İspaniyanın "Levante" futbol klubunun beynəlxalq əlaqələr sektorunun direktoru Daniel Pastor və məşqçi Aritz Liranı daha əvvəl "Atlético Madrid" futbol klubunun Azərbaycanla əlaqələndirici nümayəndəsi olmuş və hazırda İspaniyada futbol üzrə mütəxəssis kimi fəaliyyət göstərən Gülnarə Babayeva müşayiət edib.

Oxşar xəbərlər

"Levante" qayıtdı - 3 il sonra
"Levante" Azərbaycandan istedadlı uşaqları seçdi - FOTO
"Levante" Bakıya gəldi, seleksiyaya başladı - FOTO
İspaniya "Levante"si Bakıya gəlir - İstedadlı uşaqları seçəcəklər
"Levante" - "Real" 3:3 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər